19.7 C
Gence
18.5 C
Ganja

Gəncəli uşaqlar üçün məktəbli forması və çantası paylanılıb

Gəncədə sosial yardım alan az təminatlı ailələrin birinci sinfə gedəcək uşaqları üçün məktəbli formaları və çantaları verilib. Tədbir Paşa holdinq tərəfindən təşkil olunub. Bu haqda məlumatı Gencexeber.az-ın müxbiri 30 avqust tarixində xəbər verir.

Yardım məqsədli aksiya Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yerləşən “Sabez” adlandırılan Dövlət Sosial Müdafiə Fondunun binasında baş tutub. Koronavirus infeksiyasına yoluxanların sayı artması səbəbindən, fondun əməkdaşları məktəbli formasını və çantasını pəncərədən veriblər. Aksiya siyahı üzrə hamı yardım alandan sonra bitəcək.

Qeyd edək ki, ötən il baş vermiş ikinci Qarabağ müharibəsindən öncə, burada ərzaq və müxtəlif növ yardımlar olunurdu.

Foto Gencexeber.az
Foto Gencexeber.az