25.8 C
Gence
25.8 C
Gence

Gəncəli təlimçi Taleh İsmayılov onlayn görüş keçirib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsinin əməkdaşı onlayn görüş keçirib. Bu haqda məlumatı 21 iyun tarixində qurumun rəsmi Facebook səhifəsinə istinadən veririk.

Tədbir “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda təlimçi Taleh İsmayılov tərəfindən baş tutub. Görüşdə 100-ə yaxın müəssisənin nümayəndələri iştirak edib.

Tədbir zamanı iştirakçılara yuxarıda qeyd edilən mövzu ilə bağlı ətraflı məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan