24.7 C
Gence
24.7 C
Gence

Gəncəli tələbələrlə “Narkomaniyaya yox deyək” mövzusu müzakirə olunub

Gəncədə tələbələrlə narkomaniyaya qarşı maarifləndirici söhbətlər aparılıb. Bu haqda 2 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tədbir Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. BPİ-nin rəis müavini Əhməd Cəlilov “Narkomaniyaya yox deyək” mövzu çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx nümayiş olunub. Tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

 

Ən Çox Oxunan