14.3 C
Gence
14.3 C
Gence

Gəncəli tələbələr Mingəçevir Su Elektrik Stansiyasında olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup 3-cü kurs tələbəsi Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya ediblər. Bu haqda Gencexebr.az 13 oktyabr tarixində Azertag.az-a istinadən xəbər verir.

Elektrik mühəndisliyi İxtisasında təhsil alan tələbələr stansiyadakı texnoloji proseslərlə tanış olublar.

Onlara suyun kimyəvi təmizlənməsi, hidrogen qurğusu şöbəsi, mexaniki şöbə və bilavasitə enerji istehsal olan şöbələrinin iş prinsipi ətraflı izah edilib.

Qeyd edək ki, tədbir Elektrik mühəndisliyi kafedrasının müdiri, dosent Mahir Bağırzadənin rəhbərliyi ilə keçirilib.

Ən Çox Oxunan