19 C
Gence
19 C
Gence

Gəncəli tələbələr kəhriz mühəndisliyi ixtisasında praktiki biliklər qazanıblar

Aqrar Universitetinin kəhriz mühəndislik kursunu başa vuran 40 tələbəsinə sertifikatlar verilib. Bu haqda Gencexeber.az 27 oktyabr tarixində Azertag.az-a istinadən məlumat verir.

Tələbələr yeni texnologiyaların tətbiqi və kəhriz mühəndisliyi ixtisası ilə bağlı praktiki biliklər qazanıblar. Kurslar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkil olunub.

Layihə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin iştirak ediblər.

Ən Çox Oxunan