Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri istixana kompleksində təcrübə keçiblər. Bu haqda dekabrın 24-ü təhsil ocağının saytında məlumat dərc edilib.
Aqronomluq, torpaqşünaslıq, aqrokimya və digər fakültələrin magistr və bakalavr pillələrində təhsil alan tələbələr praktiki biliklərə yiyələniblər. Onlar müxtəlif ekoloji təmiz məhsulların yetişdirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməsi və aqrotexniki qulluq proseslərində yaxından iştirak ediblər.
