25.8 C
Gence
25.8 C
Gence

Gəncəli tələbələrə fərdi layihələrin təqdimatı baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində 50-yə yaxın gənclərə fərdi layihələrin təqdimatı baş tutub. Bu haqda 2 noyabr tarixində universitetin rəsmi saytında məlumat yerləşdirilib.

Aqrar iqtisadiyyat və Aqrobiznes fakültəsinin tələbələrinə “GəlSƏN” layihəsi çərçivəsində gənclərin könüllülük fəaliyyəti, Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi layihələri, xaricdə təhsil və təklif edilən digər imkanlar haqda danışılıb.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi 20 fevral 2021-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri gənclərin şəxsi və peşəkar inkişafını təmin etmək, onları fəal könüllülük fəaliyyətinə cəlb etməkdir.

Ən Çox Oxunan