26.4 C
Gence
26.4 C
Gence

Gəncəli tələbələr “AGRODAİRY” MMC-də təlimdə iştirak edəcəklər

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri “AGRODAİRY” MMC-nin Hacıqabul Təlim Mərkəzində olublar. Bu haqda təhsil ocağının saytında 14 dekabr tarixində paylaşılıb.

“Payızlıq buğdanın inkişaf fazalarından asılı olaraq mineral gübrələrin verilməsi normaları və vaxtları” adlı ilk təlim həm mərkəzdə, həm də buğda sahəsində baş tutub. Təlimin məqsədi dənli bitkilərdə (buğda və arpa) yüksək keyfiyyətli məhsulun əldə edilməsidir.

Qeyd edək ki, 5-6 sessiyadan ibarət olacaq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Təlim müddətində tələbələrin nəqliyyat və digər xərcləri şirkət tərəfindən qarşılanacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto

Ən Çox Oxunan