Gəncədə ölkə başçısının sərancamlarına əsasən bir neçə müəllimin illər ərzində sərf etdikləri əmək qiymətləndirilib. Bu haqda Gencexeber.az 7 oktyabr tarixində Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Fecebook səhifəsinə istinadən xəbər verir.
“Əməkdar müəllim” fəxri adına layiq görülüblər:
- 27 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Həsənov
- 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elza Məsimova
“Tərəqqi” medalı ilə təltif olunublar:
- Gəncə şəhər 38 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə İbrahimova
- Gəncə şəhər 28 nömrəli tam orta məktəbin kimya müəllimi Fərman Sadıqov
“Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar:
- M.Hadi adına 10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Günay Əhmədova;
- M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Jalə Məmmədova;
- N.Aydın adına 18 nömrəli tam orta məktəbin fizika müəllimi Elşən Nəbiyev;
- 17 nömrəli tam orta məktəbin kimya müəllimi İlhamə Qasımova;
- M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Leyla Qədimova;
- 34 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Quliyeva;
- C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri Nəriman Sadıqov;
- 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Vəliyeva.
Qeyd edək ki, yuxarıda sadalanan təhsil işçiləri 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.