25.8 C
Gence
25.8 C
Gence

Gəncəli sənətkar Musiqili Teatrının baş rəssamı təyin olunub

Gəncəli rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı təyin olunub. Bu haqda Report.az-a istinadən 24 noyabr tarixində məlumat veririk.

Rəhim Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə sözügedən vəzifədə çalışacaq. Ona göstərilən etimada görə nazirə və çalışdığı teatrın rəhbərliyinə təşəkkürlərini bildirib.

“Bu təyinat mənə olan inam və etibarın nümunəsidir və üzərimə düşən məsuliyyətimi bir daha artırır. Göstərilən etimadı doğruldacağıma, fəaliyyətimi daha məsuliyyətlə davam etdirəcəyimə söz verirəm” – rəssam söyləyib.

Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub.

Ən Çox Oxunan