27.5 C
Gence
27.5 C
Gence

Gəncəli sənətkar 50 ildən çoxdur ki, çini qablar üzərində rəsm əsərləri çəkir

Gəncədə 50 ildən çoxdur ki, çini qablar üzərində rəssam kimi çalışan şəxs yaşayır.

Rasim Hüseynov 1970-ci ildən bu sənətlə məşğuldur. 1981-1982-ci illərdə o, Azərbaycan miniatür sənətinə böyük maraq göstərir və unudulmuş sənətə yeni nəfəs verərək onu SSRİ-də ilk dəfə olaraq çini üzərində işləyib. 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində rəssam muğam kompozisiyasına görə gümüş medalla təltif olunub.

Bundan başqa, sənətkar bir çox sərgi və tədbirlərdə iştirak edib. 2012-2013-cü illərdə o, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Prezident mükafatı”na layiq görülüb.

Sənətkar əsas üstünlüyü Nizami Gəncəvinin əsərlərinə verir. Onun əl işləri Azərbaycan Dövlət Milli Musiqi Alətləri muzeyi, Gəncə Miniatür muzeyi, Gəncə regional Elm mərkəzinin Xalq Sənətkarları muzeyi, Məhsəti Gəncəvi və Nizami Gəncəvi muzeylərində daimi eksponatlarıdır. Bundan əlavə Rasim Hüseynovun əsərləri 60-dan çox xarici ölkələrdə görkəmli şəxslərin şəxsi kolleksiyalarında saxlanılır.

Həmçinin, 2004-cü ildə “Leyli və Məcnun” əsəri İran İslam Respublikasının Prezidenti Məhəmməd Hatəmiyə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyə olunmuşdur.

Rəssamın emalatxanası və peçi evində yerləşir. O, sifarişlə də əl işləri hazırlayır. Rasim Hüseynovla (050) 315 32 95; (077) 607 77 78 nömrələri ilə əlaqə saxlamaq olar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan