Gəncə Dövlət Dram Teatrının rejissoru İstanbulda festivalda iştirak edib. Bu haqda Gencexeber.az YazTV-yə istinadən məlumat verir.
7-10 oktyabr tarixlərində İstanbulda “3-cü Maltəpə Beynəlxalq Teatr Festivalı” baş tutub. Burada Ukrayna, Rusiya, Özbəkistan, İspaniya, Cənubi Kipr və Türkiyənin müxtəlif dövlət və bələdiyyə teatrları iştirak ediblər. Festival komitəsinin qərarına əsasən, iştirak edən qruplar Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna və Özbəkistan teatrlarından olan jüri tərəfindən 10 nominasiya üzrə mükafatlandırılıblar.
Azəbaycanı bu tədbirdə Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov təmsil edib. Festival çərçivəsində o, “Aktyor müşahidəsi və xarakter analizi” adlı ustad dərsi də keçib.