24.7 C
Gence
24.7 C
Gence

Gəncəli qalayçı ata və oğul sənəti yaşatmağa davam edirlər

Gəncədə 50 ildir sənətinə sadiq qalan qalayçı yaşayır. Bu haqda 30 dekabr tarixində Gencexeber.az-a məlumat daxil olub.

Məmməd Fəhimovun sözlərinə görə, bu sənətə marağı 7 yaşından yaranıb. Uşaqlıqda o, atasının yanında qalayçılığın sirrlərinə yiyələnirdi. Usta ilk mükafatını 20 yaşında alıb. İndiyədək Fəhimov 10-a yaxın fərman və diplomlarla təltif olunub. 2016-cı ildə keçirilən qədimi əşyaların nümayişində usta uğurla iştirak etmişdir. Bu səbəblə o, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom almışdır.

Usta hər iki oğluna da bu sənəti öyrədib. Onlardan sadəcə Röyal atasının yolunu davam etmək qərarını alıb. O da, atası kimi Gəncəyə çox bağlıdır. Digər şəhərlərdən işlə bağlı təkliflər almasına baxmayaraq, R. Fəhimov doğma şəhəri tərk etmək istəməyib.

Qalayçılar mis, latun kimi müxtəlif materiallardan qablar hazırlayırlar və təmir işləri görürlər. Onlarla (055) 280 53 80 nömrəsi ilə əlaqə saxlamaq olar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan