14.3 C
Gence
14.3 C
Gence

Gəncəli müəllimlər “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qalib olublar

Gəncə şəhər 21 nömrəli tam orta məktəbin ibtidai sinif və İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin informatika müəllimləri Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibləri olublar. Bu haqda Gəncə şəhər təhsil idarəsinin Facebook hesabında paylaşım edilib.

21 nömrəli məktəbin ibtidai sinif müəllimi Aygün Rzayeva “İnkluziv siniflərdə STEM+ART layihəsinin tətbiqi” 27 nömrəli məktəb-liseyin informatika müəllimi Mehriban Mahmudova isə “Məktəblərdə incəsənət – öyrənmə vasitəsi kimi” layihələri ilə qalib seçiliblər.

Qeyd edək ki, müsabiqə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilmişdir. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanmışdır.

Ən Çox Oxunan