21.4 C
Gence
21.4 C
Gence

Gəncəli şəhidin xatirəsi anılıb

Gəncədə “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!” adlı görüş keçirilib. Bu haqda məlumat Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində dərc edilib.

Görüş İkinci Qarabağ müharibəsinin şəhidi, gizir Orxan Namazova həsr olunub. Mərkəzi Kitabxananın oxu zalında baş tutan tədbirdə şəhidin anası, qardaşı, dayısı, döyüş və sinif yoldaşları, müəllimləri və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin yazıçıları iştirak ediblər.

İlk öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə şəhid Orxan Namazovun döyüş şücaətindən və qısa həyat yolundan danışılıb.

Ən Çox Oxunan