Bu gün Nurlan Bağırovun Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmasından bir il ötür. Gencexeber.az vətən naminə canlarından keçən oğullarının xatirələrini ənənəvi olaraq anır.
Nurlan İsmayıl oğlu Bağırov 21 yanvar 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. O, 2019-cu ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixindən etibarən Vətən Müharibəsində iştirak etmişdir. 25 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bağırov Nurlan İsmayil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları əsasında aşağıda göstərilən medallarla təltif olunub:
- “Vətən uğrunda” (ölümündən sonra);
- “Füzulinin azad olunmasına görə” (ölümündən sonra);
- “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra).