26.4 C
Gence
26.4 C
Gence

Gəncəli şəhidin bu gün 39 yaşı olacaqdı: onun vətənə iki oğulu yadigar qalıb

Vətənə əmanət iki oğulu yadigar qalan Gəncəli şəhidin bu gün 39 yaşı olacaqdı.

Elnur Məmmədov Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşub. O, Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanmışdır.

26 oktyabr tarixində şəhidlik zirvəsinə ucalan Məmmədov Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

1982-ci il oktyabrın 21-də Gəncə şəhərində anadan olub. Üç yaşında olarkən ailəsi Ağdama köçüb. 1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra Məmmədovlar bu dəfə Gəncə şəhərinə məcburi köçkün kimi qayıtmışdırlar. 2000-ci ildə hərbi xidmətə yollanan Məmmədov sonra MAHHX HQ kimi xidmətə davam etmişdir. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha öncə, Gəncəli şəhid Sahib Həsənovun doğum günü haqda xəbər vermişdik.

Ən Çox Oxunan