17.7 C
Gence
17.7 C
Gence

Gəncəli şəhidin 40 mərasimi keçirilib

Gəncədə şəhid Natiq Əliyevin 40 mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a dekabrın 27-si məlumat daxil olub.

Mərasimdə şəhər sakinləri, qazilər və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı iştirak ediblər. Niyazi Bayramov şəhidin yaxınlarının qayğıları ilə maraqlanıb. Onları narahat edən məsələlərin qısa vaxt ərzində həll edilməsi üçün tapşırıq verib.

Şəhidimiz əslən Göyçə mahalının Zod kəndindəndir. Gəncədə boya başa çatan Natiq ailəli idi. Onun vətənə əmanət Zeynəb adlı bir yaşlı övladı qalıb.

Natiq Əliyev Azərbaycan Ordusunun Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəsində “sanitar-təlimatçı” vəzifəsində çalışıb. Noyabrın 16-sı Ermənistan ordusunun təxribatı nəticəsində Natiq Əliyev şəhidlik zirvəsinə ucalmışdır.

 

Ən Çox Oxunan