Gəncədə şəhid Ayxan Musayevin xatirəsi anılıb. Bu haqda 29 noyabr tarixində məlumat daxil olub.
Gəncə Şəhər Şəhidlər xiyabanında şəhidin yaxınları, şəhər sakinləri və ictimayəti nümayəndələri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Ayxan Musayevin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb.
Ayxan Mehman oğlu Musayev 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak etmişdir. Fizuli, Xocavənd və Cəbrayıl uğrunda vuruşub. 8 noyabrda Şuşa ətrafında sağ çiynindən yaralanmışdır. 20 günə yaxın komada qalan Ayxan noyabrın 28-i şəhidlik zirvəsinə ucalmışdır.
Daha öncə, şəhidin doğum günü münasibəti ilə tikilən bulağın açılışı haqda məlumat vermişdik. Bulaq İsrafil Məmmədov, 1-ci döngə, sakinlərin adlandırdıqları “Qlavnı depo” mağazasının arxasındakı küçədə yerləşir.
