26.9 C
Gence
26.9 C
Gence

Gəncəli heykəltəraş təmənnasız 60-dan çox şəhid barelyefi hazırlayıb

Gəncəli heykəltəraş 60-dan çox Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin büstlərini və barelyeflərini təmənnasız hazırlayıb. Buna görə o, Gəncə Regional Mədəniyyət idarəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Qasım Qasımov 40 ildən çoxdur ki, bu sənətlə məşğuldur. Hazırda o, xeyriyyəçi heykəltaraş kimi fəaliyyət göstərir.

Sənətkar 1980-1984-cü illərdə Gəncə şəhər Uşaq Rəssamlıq məktəbini əlaçı olaraq bitirib. 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda heykəltaraşlıq fakültəsində təhsilini qırmızı diplomla başa vurub. O, 1988-ci ildən Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində dərs deyir. 2011-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

52 yaşlı heykəltaraş “20 Yanvar” və “Xocalı” komplekslərinin müəllifidir. O, Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərman və mükafatlara layiq görülüb. Sənətkar müxtəlif sərgilərdə iştirak edib.

Qasım Qasımov sifarişlər də qəbul edir. Heykəltəraş evindəki emalatxanasında çalışır. Onunla (055) 614 05 00 nömrəsi ilə əlaqə saxlamaq olar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan