25.8 C
Gence
25.8 C
Gence

Gəncəli Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri medallarla təltif olunublar

Gəncəli müəllimlər Vətən müharibəsində şücaət göstərdikləri üçün medallarla təltif olunublar. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Rüstəm İsayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Xocavəndin azad olunması” medalları ilə təltif olunub. O, 36 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəridir.

Müşfiq Orucov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunması” medalı ilə təltif olunub. O, 25 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəridir.

 

Ən Çox Oxunan