Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) müsabiqə elan edib. Bu haqda mərkəz 4 noyabr tarixində məlumat paylaşıb.
Müsabiqəyə qatılmaq üçün kamera və ya telefonla zəfər sevincini əks etdirən video çəkərək 10 noyabr tarixinədək [email protected] elektron ünvanına göndərilməlidirlər. Videoçarxlar GİKM-in instagram səhifəsində paylaşılacaq və qalib izləyicilərin səsverməsi ilə seçiləcək.
Çəkilən videoların məzmunu:
- Rəsm, təsviri sənət, qum üzərində sənət, həmçinin, bu sahələrlə əlaqəli incəsənətin digər sahələri;
- Canlı ifa, musiqi alətlərində ifa, rəqs, həmçinin əlaqəli digər sahələr;
- Şeir, qiraət, ədəbiyyatla bağlı sənət növləri;
- İdman və bununla bağlı istedad nümayişi olan müxtəlif sahələr;
- Xüsusi istedad tələb edən digər sahələr;
- Zəfər sevincini əks etdirən hər hansı bir hadisədən bundan əvvəl çəkdiyin görüntü
Videonu çəkmə qaydaları:
- Video horizontal (eninə) formatda çəkilməlidir;
- Videoçarxda səs və iştirakçının görüntüsü aydın olmalıdır;
- Videoçarx maksimum 45 saniyə ola bilər;
- Videoçarxların məzmununda qeyri-etik ifadələr, dini, siyasi motivlərin olması yol verilməzdir.
Müsabiqənin qalibi 16 noyabr tarixində müəyyən olunacaq. Qalib Xiaomi Band 6 qazanacaq.
Qeyd edək ki, yaş həddi 18-29 arasıdır.