24.8 C
Gence
24.8 C
Gence

Gəncəli gənclər media mərkəzi yaradıblar

Gəncədə bir qrup gənc jurnalist və ictimai fəal tərəfindən mərkəz yaradılıb. Bu haqda 8 dekabr tarixində Ganjapost.info-ya istinadən məlumat veririk.

“Gəncə Hüquq və Media Mərkəzi” adlanan birliyin məqsədi bölgələrdə yaşayan gənclərin bacarıqlarının artırılması və özünüinkişafına töhfə verməkdir. Təsisçilər Pərvanə Ramizqızı və Vüqar Vilayətoğlu özlərinə aşağıdakı hədəfləri seçiblər:

  • Bölgədə gənc jurnalistlərin yetişdirilməsi və bacarıqlarının artırılması;
  • Video və foto jurnalistikası;
  • Media hüququ və yazı jurnalistikasının keçirilməsi;
  • Gənc jurnalistlər üçün təcrübə proqramı;
  • Video-Caption təlimləri;
  • Hüquqi maarifləndirmə;
  • Gənclərin bacarıqlarının artırılması və s.

Ən Çox Oxunan