27.5 C
Gence
27.5 C
Gence

Gəncəli gənclər beynəlxalq təlimdə ödənişsiz iştirak edə bilərlər

Gənclərin Resurs Mərkəzi gəncəlilərin də qatıla biləcəyi təlimlərə qeydiyyata start verib. Bu haqda Instagram sosial şəbəkəsində məlumat paylaşılıb.

“Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı” layihəsi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən təşkil olunur. Təlimlər iki hissədən ibarət olacaq və 8-12 yanvar, 21-23 yanvar tarixlərində Zoom onlayn platforması üzərindən saat 18:00-dan 20:30-dək keçiriləcək.

Qeydiyyatdan sonra seçilmiş şəxslər aşağıdakı mövzular üzrə sessiyalarda iştirak edəcəklər:

  • gənclərin məşğulluğu;
  • icma quruculuğunda gənclərin rolu;
  • sahibkarlıq fəaliyyəti;
  • beynəlxalq əməkdaşlıq.

Sonda gənclərə Avropa Komissiyasının Beynəlxalq Youthpass sertifikatı veriləcək.

İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Son müraciət tarixi 6 yanvar saat 18:00-dır.

Ən Çox Oxunan