Gəncəli müdafiəçi Azərbaycan milli yığmasının heyətində İrlandiya ilə keçiriləcək oyunda iştirak etməsi gözlənilir. Matç bu gün, sentyabrın 4 saat 20:00-da baş tutacaq.
Görüş İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Oyunda Qarabağ futbol klubunun müdafiəçisi Abbas Hüseynov yaşıl meydana çıxacaq.
Bundan öncə, gəncəli idmançı 1 sentyabr tarixində keçirilən Lüksemburq – Azərbaycan matçının ilk dəqiqələrindən oyuna buraxılmışdı.
Abbas Hüseynov 13 iyun 1995-ci ildə Gəncədə anadan olub. Müdafiəçi 2017-ci ildən Qarabağ futbol klubunda, 2018-ci ildən isə Azərbaycan milli yığmasında çıxış edir.