26.4 C
Gence
26.4 C
Gence

Gəncəli deputat şəhid ailələrinə baş çəkib

Gəncəli deputat Naqif Həmzəyev xiyabanda şəhidlərin xatirəsini anıb. Bu haqda Milli Məclisin Facebook səhifəsində 2 dekabr tarixində məlumat paylaşılıb.

Ziyarət zamanı Həmzəyev şəhidlərin və raket atəşi nəticəsində həlak olan mülki şəxslərin ailələrinə baş çəkib.

Qeyd edək ki, Vətən müharibəsində Gəncənin minlərlə övladı vuruşub, onlardan 104 nəfəri şəhid olub. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalıb. Nəticədə 26 nəfər şəhid olub, 130-dan artıq şəxs yaralanıb.

Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Ən Çox Oxunan