25.4 C
Gence
18.5 C
Ganja

Gəncəli şagirdlər “Zəfər yolu” adlı müsabiqədə qalib gəldikləri üçün təltif ediliblər

19 noyabr tarixində ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Bu barədə Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Nəticələrə əsasən Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şəfa Şirinova I yerə və həmin məktəbin X sinif şagirdi Şəhanə Əliyeva isə III yerə sahiblənmişdir.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən baş tutan müsabiqə məktəb və şəhər mərhələlərindən ibarət olub.