Gəncənin 34 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Bu haqda Kəpəz televiziyasına istinadən 27 noyabr tarixində məlumat veririk.
“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda olan görüş Kəpəz rayon Polis İdarəsinin əməkdaşları təşkil ediblər. Onlar tərəfindən bildirilib ki, 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 145 fakt aşkarlanıb. Dövriyyədən 12 kq-dan çox marixuana, 2 kq-a yaxın güclü təsir edici narkotik vasitə çıxarılıb.
Qeyd edək ki, görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.