25.5 C
Gence
17.5 C
Ganja

Gəncəli şagirdlər mini-futbol yarışında fərqləniblər

Gəncədə mini-futbol üzrə turnir keçirilib. Bu haqda məlumatı mayın 12-si Azərtac-a istinadən veririk.

Birincilik “Təhsil” Respublika İdman Mərkəzində keçirilib. Yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Çempionat 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında təşkil edilib.

Turnir iki mərhələdən ibarət olub. Yarışın zona hissəsində 45 komanda mübarizə aparıb. Final mərhələsində isə 10 komandanın tərkibində 120 nəfər idmançı iştirak edib.

Çempionatda birinci yeri Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası tutub. İkinci yerə 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin şagirdləri layiq görülüb. Üçüncü pilləyə isə Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası sahib olub.