23 C
Gence
23 C
Gence

Gəncəli şagirdlərə dronların hazırlanması və uçurulması öyrədiləcək

Gəncədə “Zəfər doronları” layihəsinin təqdimatı keçirilib. Bu haqda Gencexeber.az 7 oktyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Layihə Gəncə məktəbliləri arasında 4 ay davam edəcək. Təlimdə şagirdlər 10 qrupa bölünərək işləyəcəklər. Onlara dronların hazırlanması, proqramlaşdırılması, eləcədə düzgün hədəfə uçurulması öyrədiləcək.

Şagirdlər elmi, texniki, innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb edilərək müxtəlif təyinatlı dronlar hazırlayacaqlar. Onların mühəndis-dizayn imkanlarının inkişaf etdirilməsi hədəfə alınıb. Məktəblilərin dəqiq və texniki fənlərə maraqlarının yüksələcəyi gözlənilir.

Qeyd edək ki, iştirakçılar fevral ayında Gəncədə, məktəblilər arasında keçiriləcək dron yarışında iştirak edəcəklər.

Ən Çox Oxunan