26.4 C
Gence
26.4 C
Gence

Gəncəli şagird küçə itlərinin hücumuna məruz qalıb

Gəncədə 11-ci sinif şagirdini küçə iti dişləyib. Bu haqda Gencexeber.az-ın müxbiri xəbər verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məktəbə gedən şagird küçə itlərinin hücumuna məruz qalıb.

Sol ayağından xəsarət alan məktəbliyə xəstəxanada quduzluq əleyhinə vaksin vurublar.

Qeyd edək ki, şəhərin bir çox ərazilərində bu cür hallara rəst gəlinir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan