26.4 C
Gence
26.4 C
Gence

Gəncə KOBİM maarifləndirici təlim keçirib

KOBİM Gəncə KOB İnkişaf Mərkəzində “Maliyyə resurslarına çıxış” mövzusunda təlim təşkil edib. Bu haqda 6 aprel tarixində Gəncə KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.

Təşkil olunan 3 təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən maliyyənin önəmi, gəlir-xərclərin idarə edilməsi, imkanlar və güzəştlər barədə məlumat verilib. Eyni zamanda 31 nəfər iştirakçının olduğu təlimdə təşkilat, strategiya və innovasiya məsələlərinin reallaşması zamanı yaranan maliyyə münasibətləri, eləcə də istehsal, ticarət, xidmət, ictimai əhəmiyyətli və digər təşkilatlar da daxil olmaqla təşkilatlarda maliyyə uçotunun necə istifadə edilməsi qaydaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Ən Çox Oxunan