24.8 C
Gence
24.8 C
Gence

Gəncə: KOBİM-də sahibkarla görüş keçirilib

Gəncədə sahibkara məsləhət xidməti göstərilib. Bu haqda 22 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

Görüşdə KOBİM eksperti şəhər sakini İslam İsmayılova yeni biznesə başlamaq üçün məsləhətlər verib. Ona hüquqi proseslər izah olunub. Sahibkara xarici vətəndaşların sahibkarlıqla məşğul olması üçün qanunvericilik bazası, sahibkarlıq fəaliyyəti haqqında qüvvədə olan normativ hüquqi aktlar və prosedurlar haqda məlumat verilib.

Ehtiyac yaranarsa, vətəndaşın sahibkarlıq subyektinə digər dəstək və xidmətlər də göstəriləcək.

Ən Çox Oxunan