Gəncənin bəzi küçələrində yandırılan zibil sakinlərin narazılığına səbəb olur. Bu haqda Gencexeber.az-ın müxbiri 20 avqust tarixində məlumat verib.
Elbrus Allahverdiyev küçəsində yerləşən 20-ci binanın sakinlərinin sözlərinə görə, “Zibil” maşınından işçi düşüb tullantıları yandırıb getdi.
“Saatlarnan kəskin kimyəvi qoxu yayan tüstü evlərimizə dolur, küçəyə çıxmaq olmur. Hamının kondisioneri yoxdur ki pəncərəni bağlayıb özünü qorusun.” – deyə sakinin biri əlavə edib.
Müxbirimizin aldığı məlumata görə, zibili yandıran şəxslər MKTİB-in işçiləri olub.
Şəhərin digər ərazilsində də analoji vəziyyət qeydə alınıb. “Dəyirman kruqu” adlandırılan ərazidə yerləşən yaşayış binaların arasında zibil yandırılıb. Sakinlər deyirlər ki, bu hal tez-tez baş verir.