Gəncədə ehsan bulağı tikilir, arxasındaki divara isə Gəncə şəhidlərinin rəsmləri yerləşdiriləcək. Bu haqda Gencexeber.az-ın müxbiri 26 oktyabr tarixində məlumat verib.
İşlər şəhərin Nəriman Nərimanov prospektində yerləşən hərbi şəhərciyin yanında aparılır. Bulağın son tamamlanma işləri görülür.
Hal-hazırda bulağın yanında güllər və ağaclar əkilib.
Qeyd edək ki, işlərin sonuncu mərhələsində küçə işıqlandırılacaq.