17.7 C
Gence
17.7 C
Gence

Gəncə: şəhid Taleh Mustafazadənin doğum günüdür

Bu gün Gəncəli şəhidin doğum günüdür. Onun 26 yaşı tamam olacaqdı.

Şəhid Mustafazadə Taleh Qənimət oğlu 17 dekabr 1995-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 2012-ci ildə Gəncə şəhər 13 nömrəli tam orta məktəbi 2017-də isə Azərbaycan Dövlət Aqrar Universitetinin “Yer üstü nəqliyyat” fakültəsini bitirmişdir. Həmin ildə həqiqi hərbi xidmətə çağrılmışdır.

Prezidentin Sərəncamına uyğun olaraq 2020-ci ilin sentyabrında yenidən hərbi xidmətə gedib. Vətən müharibəsində Füzuli, Xocavənd və Laçın rayonlarının, Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə manqa komandiri kimi iştirak edib. O, 8 noyabr 2020-ci ildə Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 11 noyabr tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhid Taleh Mustafazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən Çox Oxunan