25.8 C
Gence
25.8 C
Gence

Gəncə: şəhid Ceyhun Abbasovun ailəsi ziyarət olunub

Gəncədə 27 dekabr tarixində şəhid ailəsi ziyarət olunub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

İdarənin kollektivi Yeni il münasibətilə şəhid Ceyhun Abbasovun ailəsinə baş çəkib. Onlar bayram sovqatı gətiriblər.

Abbasov Ceyhun Natiq Oğlu 8 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. O, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ceyhun Abbasov aprel döyüşlərində iştirak edib. Onun son döyüşü Murovdağ silsiləsində yerləşən Elşən zirvəsi uğrunda olub. Gizir 29 sentyabr 2020-ci ildə erməni postuna girərkən şəhidlik zirvəsinə ucalmışdır.

Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib. Onun Vətənə əmanət 2 övladı yadigar qalıb. Şəhidin ailəsi Gəncədə yaşayır.

Ən Çox Oxunan