13 C
Gence
8.5 C
Ganja

Gəncə: şəhid bulağının açılışında yüzə yaxın sakin iştirak ediblər

“Şəhid anası mərasim iştirakçılarının ehsandan dadmadan dağılışmalarına icazə vermədi” – mərasim iştirakçısı söyləyib.

Gəncədə ehsan bulağının açılışı baş tutub. Bu haqda Gencexeber.az-ın müxbiri 27 oktyabr tarixində məlumat verib.

Açılış mərasimindən öncə, şəhid Elməddin Namazovun qəbir üstünə baş çəkilib. Orada şəhidin yaxın qohumları ilə yanaşı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, İcra Hakimiyyəti nümayəndələri, şəhər sakinləri, qazilər və erməni əsirliyində olan Bayram Kərimov iştirak ediblər.

Elməddin Nəsib oğlu Namazov 24 yaşında şəhidlik zirvəsinə ucalıb.

Daha öncə, Gencexeber.az şəhid Rəşad Şəfiyevin doğum günü münasibəti ilə məqalə hazırlayıb paylaşmışdır. Təbriz küçəsində şəhidin xatirəsini əbədiləşdiilməsi üçün bulaq inşa edilib.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan