20.6 C
Gence
20.6 C
Gence

Gəncə: şəhid Bayramov Rəhmanın xatirəsi anılıb

Gəncədə şəhidin anım mərasimi keçirilib. Bu haqda 28 dekabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

İH başçısı Niyazi Bayramov şəhid Bayramov Rəhman Dilcan oğlunun il mərasiminə qatılıb. Şəhidin ailə üzvləri və yaxınları onun məzarını ziyarət ediblər. Oraya gül dəstələri düzülüb, şəhidin xatirəsi anılıb.

Qeyd edək ki, Bayramov Rəhman Dilcan oğlu 20 avqust 1993-cü ildə Gəncə şəhərində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən Müharibəsinə qatılıb. O, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. 28 dekabr tarixində Rəhman Bayramov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin Vətənə əmanət iki qız övladı qalıb.

Ən Çox Oxunan