20.6 C
Gence
20.6 C
Gence

Gəncə: şəhid ailəsinə bayram sovqatı təqdim olunub

Gəncədə 29 dekabr tarixində şəhid ailəsi ziyarət olunub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Gəncə şəhər Mədəniyyət mərkəzinin kollektivi şəhid Elçin İlqar oğlu İsmayılovun ailəsinə baş çəkib. Onlara bayram sovqatı təqdim edilib.

Qeyd edək ki, Elçin İlqar oğlu İsmayılov 17 mart 1995-ci ildə Cəlilabad rayonunda anadan olub. Vətən müharibəsi zamanı o tankçı olub. 2 oktyabr 2020-ci il tarixində onun tankı minaya düşüb. İsmayılov şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan