Gəncədə daha bir şəhidin adına bulaq tikilir.
Rəşad Ələkbərov adına inşa edilən bulaq Şah İsmayıl Xətai prospektində (Azərbaycan Texnologiya Universitetinin yanında) yerləşir.
Əldə etdiyimiz məlumata əsasən, bulağı şəhidin anası öz hesabına tikdirir. “Bulağın ön hissəsində oğlumun, arxasında isə Gəncədən olan şəhidlərin şəkilləri olacaq” – deyə ana bildirib.
Qeyd edək ki, Ələkbərov Rəşad İlqar oglu ikinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.