24.8 C
Gence
24.8 C
Gence

Gəncə: Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib

Gəncədə 9 dekabr tarixində Heydər Əliyev mərkəzi və park-kompleksində daha bir tədbir keçirilib. Bu haqda mərkəz məlumat paylaşıb.

Ümummilli liderin anım gününə həsr olunmuş tədbirdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri iştirak ediblər. Mərkəzinin elmi işçisi Gülər Ellazova onlara Heydər Əliyevin həyat yolu, fəaliyyəti, Gəncəyə tarixi səfərləri haqda geniş məlumat verib.

Sonda Ulu Öndərə həsr olunmuş film nümayiş olunub.

Ən Çox Oxunan