Gəncənin əksər ərazilərində 18:00-dək qaz təchizatı tam dayandırılıb. Bu haqda Gencexeber.az-ın müxbiri bu gün, 24 avqust tarixində məlumat verib.
Müxbirimizin əldə etdiyi məlumata əsasən, qazın verilməsi şəhərin aşağıdakı hissələrində dayandırılıb:
- Gəncə çayının sol sahili (Şəhərin mərkəz hissəsi)
- Bağbanlar qəsəbəsi
- Yeni Gəncə qəsəbəsi
- Mahrasa bağı
- Sadıllı qəsəbəsi
- Məhsəti qəsəbəsi
- Sevinc qəsəbəsi
- 1-ci və 3-cü mikrorayon
“Təmiz Qaz” QSC səbəb olaraq aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının təmir-bərpa işlərinin görülməsi olduğunu bildirib.