26.4 C
Gence
26.4 C
Gence

Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəbləri rəsm sərgisi təşkil edib

Gəncədə 4 noyabr tarixində rəsm sərgisi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət mərkəzi məlumat paylaşıb.

Zəfər gününə həsr olunmuş sərgidə Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəblərinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə vətənpərvərlik mövzusunda əsərlər nümayiş olunub, məktəbin şagirdləri şeirlər səsləndiriblər.

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun əməkdaşı Emil Hakan Avşar, Gəncə Dövlət Dram Teatrının direktor əvəzi Aqil Bəhramlı, Əməkdar artist Elxan Yunis, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq Musiqi Məktəblərinin rəhbərləri və başqaları iştirak ediblər.

Ən Çox Oxunan