Gəncə Şəhər Təhsil İdarəsi Anım günü münasibəti ilə tədbir keçirib. Bu haqda məlumat qurumun rəsmi Facebook səhifəsində yerləşdirilib.
Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Orada Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə yanaşı millət vəkilləri, şəhid müəllimlərin ailə üzvləri, qazi müəllimlər və məktəb direktorları iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.