Gəncə şəhər Təhsil İdarəsində vətəndaş qəbulu dayandırılıb. Bu haqda Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Azərbaycanda karantin rejiminin müddətinin uzadılması səbəbi ilə, vətəndaşların qəbulu 1 noyabr tarixinədək dayandırılıb.
Qəbul onlayn videozəng formatında keçiriləcək. Videoqəbulda iştirak etmək istəyənlər (022) 256 15 76 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərlər. Görüş həftənin III və V günləri keçirilir.