24.8 C
Gence
24.8 C
Gence

Gəncə şəhər rəhbəri küçə alverinə qarşı təşkil olunan reyddə iştirak edib

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib. Bu haqda tədbirin təşəbbüskarı, Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.

Yoxlamalarda qurum başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev iştirak ediblər. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib.

Nizami prospekti boyunca davam edən tədbir zamanı piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olan şəxslərə xəbərdarlıq edilib. Bununla yanaşı, şəhər rəhbəri mağaza sahibləri və satıcılarla söhbət edib, qiymətlərlə maraqlanıb. Onlara süni qiymət artımına yol verməmələri tövsiyə olunub.

Küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Ən Çox Oxunan