Gəncədə müalicə alan pasiyentlər üçün Novruz şənliyi təşkil olunub. Bu haqda 17 mart tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xəstəxanada ambulator və stasionar müalicə alan müharibə iştirakçıları və tibb işçiləri iştirak ediblər.
Niyazi Bayramov xəstəxananın kollektivini və pasiyentləri Novruz Bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb.
Tədbir bayram süfrəsi arxasında davam edib.