21.4 C
Gence
21.4 C
Gence

Gəncə şəhər MKTİB-nin qüvvələri qış mövsümünə hazır edilib

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnika və canlı qüvvəsi tam hazır vəziyyətə gətirilib. Bu haqda dekabrın 25-i Kəpəz televiziyasına istinadən məlumat veririk.

Anbarlara 40 tona yaxın qum və duz ehtiyyatı yığılıb. Ehtiyat dizel yanacağı və benzin tədarükü görülüb. Yolların qardan təmizlənməsi üçün ayrılan 30-a yaxın avtomobil və mexanizmlərin sazlığı təmin edilib.

Bundan başqa 20-ə yaxın mobil qrup yaradılıb. Onlar qarlı havada şəhərin yollarında avtomobillərin hərəkətini təmin etmək üçün çalışacaqlar.

Ən Çox Oxunan