12.5 C
Gence
10.5 C
Ganja

Gəncə şəhər İcra Hakimiyyətindən sakinlərə müraciət olunub

Gəncədə sentyabrın 11-i dezinfeksiya işləri aparılacaq. Bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətindən sakinlərə müraciət olunub. Bu məlumat 10 sentyabr tarixində qurumun rəsmi səhifəsində paylaşılıb.

“Dezinfeksiya işləri aparılan zaman müəyyən toksinliyi olan vasitələrdən istifadə olunacaq. Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaqları xahiş olunur” – deyə, paylaşımda yazılıb.

Qeyd edək ki, şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Ən Çox Oxunan